Türkiyə ABŞ qırıcılarının uçuşunu məhdudlaşdıra bilər - Şvıtkin

Türkiyə ABŞ qırıcılarının uçuşunu məhdudlaşdıra bilər - Şvıtkin 

Türkiyə Suriyada nəzarət etdiyi bölgələrdə xarici təyyarələrin, xüsusilə ABŞ-a məxsus qırıcıların uçuşunu məhdudlaşdıran addım ata bilər.

Bu sözləri rusiyalı deputat Yuri Şvıtkin Türkiyənin Pentaqonun Suriyada Aviasiya Xidməti Təlimatından çıxarılması ilə bağlı qərarını şərh edərkən deyib.

“Təəssüf ki, bəzi ölkələrin terrorçularla həqiqətən mübarizə aparılması və Suriyanın suverenliyinin qorunması anlayışına sahib olmadığını görmək mümkündür. Bu ölkələrin başında ABŞ gəlir”, - deyə deputat bildirib.

Qeyd edək ki, Pentaqon Türkiyənin Suriyada Aviasiya Xidməti Təlimatından çıxarılması ilə bağlı əmr verib.

Əmrdə Türkiyəyə kəşfiyyat və müşahidə məlumatlarının verilməsinin də dayandırıldığı açıqlanıb./axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi