Türkiyə Azərbaycandan başqa, bütün ölkələrə kərə yağı ixracına qadağa qoyub

Türkiyə Azərbaycandan başqa, bütün ölkələrə kərə yağı ixracına qadağa qoyub 

Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsi Şimali Kipr və Azərbaycan istisna olmaqla kərə yağının ixracına qadağa qoyub.

Report.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu qərar ölkədə kərə yağı çatışmazlığının qarşısını almaq, tələb-təklif balansını qorumaq məqsədilə qəbul edilib.

Bu ilin I rübündə Türkiyə 34 milyon ABŞ dolları dəyərində kərə yağı ixrac edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 dəfə çoxdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi