Türkiyə bankı Rusiyanın “Mir” sistemi ilə işləməyi dayandırdı
Türkiyənin ən böyük özəl bankı olan “İş Bankı” Rusiyanın “Mir” ödəniş sistemi ilə işləməyi dayandırıb.
Bu barədə “Röyters” məlumat yayıb.
ABŞ-ın diqqətini Rusiyanın yerli ödəniş sistemi Mir-ə daxil olan türk banklarına yönəltməsi xəbərindən sonra “İş Bankı” analoji addımı atıb.
Bank açıqlamasında bildirib ki, öz fəaliyyətini milli və beynəlxalq qanunlara, qaydalara və biznes prinsiplərinə uyğun aparmağa çalışır./axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın