Türkiyə biraz əvvəl verilən proqnozları alt-üst etdi
Türkiyənin iqtisadi artım tempi 2017-ci ilin üçüncü rübündə iki dəfə artıb.
Bu barədə informasiyanı “Blomberq” agentliyi yayıb. Agentlik Türkiyənin ümumdaxili məhsulunun iyul-sentyabr ayları ərzində 11,06%, illik müqayisədə isə 5,4% artdığını bildirib.
Ölkənin həmçinin ixracında 17,2% artım müşahidə olunub.
Qeyd edək ki, siyasi proseslərlə bağlı Türkiyə iqtisadiyyatında iqtisadi artımın azalacağı proqnozlaşdırılsa da, göstəricilər əksini təsdiqləyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın