Türkiyə bu dəfə Haftarı dənizdən vurdu
Türkiyə freqatları Liviyada qiyamçı Xəlifə Haftara məxsus 3 PUA və 1 dronu vurub.
Bunu “Milliyət” qəzetinin əməkdaşı Abdullah Qaraquş iddia edib.
“Türkiyənin 7 hərbi gəmisi Liviya sahilləri başda olmaqla, Ağ dənizdə fəaliyyət göstərir. Aldığım məlumata görə, Türkiyənin Liviya sahillərindəki freqatları Haftara məxsus 3 PUA və 1 dronu vurub. Yəni təkcə hava və qurudan deyil, dənizdən də gücümüzü göstəririk”, - A.Qaraquş bildirib./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın