Türkiyə çox ciddi fürsət ərəfəsindədir: bu ay açıqlanacaq
Daha əvvəl faiz endirimi qərarlarını dəstəklədiyimizi bildirmişdik.
Bu, bəzi dairələrdən bizə etiraza səbəb oldu, lakin biz sərmayə yatırmağı təşviq etmək üçün bu addımı çox dəyərli hesab etdiyimizi söylədik. Çünki hazırda ölkəmiz çox ciddi istehsal bazasına çevrilib.
Axar.az xəbər verir ki, bunu Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbəri Mahmud Asmalı deyib.
"Təchizat zəncirlərinin pozulması, əmtəə qiymətləri, pandemiya şəraitində istehsaldakı çətinliklərlə əlaqədar Çindən gələn hər 5 xarici şirkətdən biri ölkəni tərk etmək qərarına gəlib. Ona görə də Türkiyə çox ciddi fürsət ərəfəsindədir. Prezidentimiz sentyabrın 11-də keçirilən ümumi yığıncağımızda dedi ki, keçmişdə sənaye gedişimizi, sənaye siyasətimizdə lazım olan hərəkətləri edə bilmirdik. Hazırda Türkiyədə istehsal sahəsində çox ciddi irəliləyiş var. Çox güman ki, dekabrda rekord ixrac rəqəmi açıqlanacaq və Türkiyə Cümhuriyyəti tarixində rekord qırılacaq. Buna görə istehsal gücümüz 24/7 işləyir", - M.Asmalı söyləyib.
Bu xəbər üçün şərh yazın