Türkiyə daha bir təhlükəli terrorçunu məhv etdi
Türkiyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi “İldırım-1” antiterror əməliyyatı nəticəsində Şırnak vilayətinin Beytüşşebap bölgəsində məhv edilən səkkiz terrorçudan biri axtarışda olub.
Axar.az xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Bildirilir ki, DİN tərəfindən axtarışına bir milyon türk lirəsi (təxminən 130 min ABŞ dolları) vəsait ayrılan "Yıldız" ləqəbli PKK/KCK terror qruplaşmasının aparıcı simalarından sayılan Nurgül Duran digər təhlükəli terrorçu "Leyla Amed" ləqəbli Hamiyet Yalçınkayanın şəxsi mühafizəçisi olub.
Terrorçu N.Duran bir sıra cinayətlərdə, o cümlədən Şırnakın Silopi rayonunda küçələrdə xəndək qazmaq, barrikadalar qurmaq və digər qanunsuz fəaliyyətləri ilə sosial həyatın pozulması aksiyalarını planlaşdırıb və onların icrasında fəal iştirakçı olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın