Türkiyə DİN İstanbul Bələdiyyəsində yoxlamalara başladı
Türkiyə Daxili İşlər Nazirliyi (DİN) İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) yoxlamalara başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə DİN rəsmi tvitter hesabında xəbər yayıb. Verilən məlumata görə, sözügedən yoxlamalar İBB-nin terror təşkilatları ilə əlaqəsi olduğu iddiaları əsasında başladılıb.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyası İstanbul Genişləndirilmiş İl Məşvərət Məclisində İBB-nin sədri Əkrəm İmamoğlunu bələdiyyədə gördüyü işlər barədə tənqid etmişdi. Prezidentin sözlərinə görə, Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyələrdə 15 min adamı işdən çıxarıb və terrorla əlaqədar 45 min adamı işə götürüb. Ərdoğanın bu sözlərindən sonra isə Türkiyə DİN İBB-də yoxlamalara başlayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın