"Türkiyə ilə ticarət dövriyyəsindəki kəsir aradan qalxıb" - Putin

"Türkiyə ilə ticarət dövriyyəsindəki kəsir aradan qalxıb" - Putin 

"Rusiya ilə Türkiyə pandemiyaya görə ticarət dövriyyəsindəki itkiləri nəinki kompensasiya edib, hətta artırıb".

TASS xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə bildirib.

Onun sözlərinə görə, pandemiya zamanı ağır dövrdə iki ölkənin nümayəndələri arasında təmaslar davam edib: “Münasibətlərin müsbət istiqamətdə inkiaf etdiyini söyləmək xoşdur”.

Putin deyib ki, 2020-ci ildə iki dövlət arasında ticarət dövriyyəsində 20 faiz kəsir olub: “Bu ilin ilk 8,5 ayında ticarət dövriyyəsi 55 faiz artıb”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi