Türkiyə ilk borunu Qara dənizə endirdi
Türkiyə Qara dənizdəki Sakarya yatağından təbii qazı quruya çatdırılacaq kəmərin ilk borusunu dənizə endirir.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz deyib.
“Biz hazırıq! Cəmi bir neçə saat qaldı. Qara dəniz təbii qazını quruya çatdırılacaq kəmərin ilk borusu dənizə enir”, - Dönmez bildirib.
Qeyd edək ki, Türkiyə Qara dənizdə 540 milyard kubmetr qaz hasilatı və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacaq. Türkiyənin Qara dəniz şelfindəki Sakarya qaz yatağından Filyos limanına qədər qaz kəmərinin dəniz hissəsinin ümumi uzunluğu 155 kilometr olacaq. Planlara görə, yataqdan ilk qaz 2023-cü ildə Türkiyəyə gəlməlidir./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın