Türkiyə istehsalı olan yeni müdafiə sistemləri əməliyyatlara qoşulacaq
Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir televiziya kanallarına açıqlamasında deyib:
“Böyük bir müjdə verə bilərik. İnşaallah HİSAR A və O sistemlərimiz meydanda olacaq. Qarşıdakı bir həftə ərzində yeni müdafiə sistemlərimizin əməliyyat meydanına çıxarılması hava müdafiəmizi daha da möhkəmləndirəcək. Bunun üçün ROKETSAN və ASELSAN-a təşəkkür edirik”.
Müdafiə sənayesi naziri İsmayıl Dəmir Suriyada qarşı tərəfin təyyarələrinin Türkiyənin “havadan havaya” tipli silahları vasitəsilə vurulduğunu bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın