Türkiyə İsveçrəyə nota verdi
İsveçrənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
PKK terror təşkilatının müxtəlif adlar altında İsveçrədə nümayəndəliyinin açılaması ilə bağlı diplomata etiraz mətni təqdim edilib və məsələ ilə bağlı izahat istənilib.
Bildirilib ki, PKK/YPG terror təşkilatı və ona bağlı qruplaşmaların müxtəlif adlar altında təbliğat aparmalarına və terrorçuluq fəaliyyətlərini qanuniləşdirməsinə heç bir şəkildə icazə verilməməlidir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın