Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 14 %-ə endirib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 14 %-ə endirib 

Bu gün Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

İclasda uçot dərəcəsi 1 faiz bəndi azaldılaraq 15%-dən 14%-ə endirilib.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin ötən il dekabrın 24-də keçirilmiş iclasında 15 %-dən 17 %-ə qaldırılmış, bu il fevralın 18-də keçirilən iclasında sabit saxlanılmış, martın 18-i keçirilmiş iclasında 17 %-dən 19 %-ə qaldırılmış, sentyabrın 23-də keçirilmiş iclasında 19 %-dən 18 %-ə, oktyabrın 21-də keçirilmiş iclasında isə 18 %-dən 16 %-ə, noyabrın 18-də keçirilmiş iclasında 16 %-dən 15 %-ə endirilmişdi./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi