"Türkiyə NATO-nun təhlükəsizliyinin mərkəzində yerləşir" - Akar
"Türkiyə NATO-nun ikinci ən böyük ordusu olaraq alyansın yükünü və bütün dəyərlərini bölüşür".
APA.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda "On Guard-2021" təliminin müşahidə günündə deyib.
"Türkiyə İŞİD, Əl-Qaidə, PKK/YPG, FETÖ və digər terror təşkilatlarına qarşı eyni vaxtda mübarizə apararkən, bölgəsindəki risk, təhdid və təhlükələrə baxmayaraq, alyansın təlimlərinə, güc strukturuna və heyətinə fasiləsiz töhfə verməyə davam edir", -deyə Türkiyənin müdafiə naziri bildirib.
Hulusi Akar ölkəsinin Avropanın sərhədlərini terrorizm, qaçaqmalçılıq və insan alverindən qorumaq üçün əlindən gələni etdiyini vurğulayıb.
"NATO-nun ikinci ən böyük ordusu olaraq, alyansın yükünü və onun bütün dəyərlərini bölüşərək Türkiyə NATO-nu öz təhlükəsizliyinin mərkəzinə qoymaqla yanaşı eyni zamanda NATO-nun təhlükəsizliyinin mərkəzində yerləşir", - deyə əlavə edib.
Bu xəbər üçün şərh yazın