Türkiyə ordusu “Qaplan pəncəsi” adlı genişmiqyaslı təlimlərə başlayır
Türkiyə ordusu sabah “Qaplan pəncəsi” adlı genişmiqyaslı təlimlərə başlayır.
Bunu ölkənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Aksaz bölgəsi və Aralıq dənizinin beynəlxalq suları və hava məkanında keçiriləcək təlimlərdə Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri iştirak edəcək.
Təlimlərin məqsədi Türkiyə Silahlı Qüvvələrinin potensial müştərək əməliyyatı zamanı hava hücumundan müdafiə sistemləri və vasitələri ilə əlaqəli şəkildə üsulların tətbiq olunması, yeni taktika və metodların sahədə çınaqdan keçirilməsidir.
Təlimlərdə Hərbi Hava Qüvvələri Komandanlığına məxsus müxtəlif tip və sayda döyüş və dəstək təyyarələri, hava hücumundan müdafiə sistemləri ilə komanda idarəetmə mərkəzləri, Quru Qoşunları Komandanlığından çoxməqsədli helikopter ilə hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələri Komandanlığından müxtəlif tip və miqdarda gəmilər, təyyarə və PUA-lar ilə hava hücumundan müdafiə sistemləri iştirak edəcək./Report.az
Bu xəbər üçün şərh yazın