Türkiyə prezidenti Rusiya və İrana müraciət edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Rusiya və İrana müraciət edib.
Bu barədə Report.az “Anadolu” agentliyinə istinadla xəbər verir.
“Mən yenidən Rusiyaya və İrana müraciət edirəm - Türkiyənin Suriyada sizinlə heç bir problemi yoxdur", - deyə dövlət başçısı bildirib.
Prezident vurğulayıb ki, Türkiyə rəsmi Ankaranın qan tökülməsinin qarşısının alınmasındakı həssaslığını bu ölkənin zəifliyi hesab edənlərə qarşı güc nümayiş etdirir.
“Türkiyə hərəkətlərində öz vəsaitlərinə və xalqın dəstəyinə əsaslanır, heç bir ölkənin və ya strukturun köməyinə arxalanmır. Türkiyə uzağı görməyən dairələrə göstərdi ki, təzyiqə boyun əyməyən böyük bir dövlətdir", - dövlət başçısı deyib.
“Bahar qalxanı” əməliyyatının gedişini müzakirə edən Ərdoğan bildirib ki, Bəşşar Əsədin tərəfdarlarının canlı qüvvə və texnika itkiləri “yalnız başlanğıcdır”.
Bu xəbər üçün şərh yazın