Türkiyə Qara dənizdə daha bir quyuda qazıntıya başladı
“Fateh” gəmisi Qara dənizdə Türkali-7 quyusunda qazma işlərinə başlayıb.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Fateh Dönməz sosial şəbəkə hesabında paylaşım edib.
“Hədəfə addım-addım dəqiqliklə irəliləyirik! “Fateh” gəmimiz Qara dənizdə Türkali-7 quyusunda qazma işlərinə başlayıb. Hər yeni qazma Türkiyəni 2023-cü ildə Anadolunu Qara dəniz qazı ilə isitmək hədəfinə yaxınlaşdırır”, - nazir bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın