Türkiyə Qara dənizdə neft və qaz axtarışına başladı
Rumuniya və Bolqarıstan uzun illər bənzər bir ərazidə enerji resursları hasil edirlər.
Türkiyənin ilk qazma gəmisi “Fatih” Qara dənizdə “Tuna-1” perspektiv blokunda kəşfiyyat qazma işlərinə başlayıb.
“Daily Sabah” xəbər verir ki, bu haqda Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez bildirib.
“Türkiyənin enerji müstəqilliyi üçün dənizlərimizin hər kvadrat metrini axtaracağıq. Əgər onlar (neft və qaz – Caspian Barrel) varsa, mütləq tapacağıq və çıxarmağa çalışacağıq”, deyə Dönmez bəyan edib.
İyunun 26-da “Fatih” gəmisi quraşdırma işləri başa çatdıqdan sonra Türkiyənin şimalındakı Trabzon şəhərindən axtarış missiyası həyata keçirilən bölgəyə gedərək kəşfiyyat işlərinə başladı.
Gəminin Aralıq dənizindən üzərək İstanbul körpüləri altından keçə bilməsi üçün onun üzərindəki qazma buruğu demontaj edildi, sonradan yenidən Trabzon limanında quraşdırıldı.
“Tuna-1” Dunay çayının Qara dənizə töküldüyü yerin yaxınlığında, Bolqarıstan və Rumuniya dəniz sərhədi və Türkiyənin daxili sularının kəsişməsində yerləşir.
Bundan əvvəl, Türkiyənin “Barbaros Hayrettin Paşa” seysmik gəmisi, Qara dənizdə seysmik araşdırmalar apardı və Qərbi Qara dənizin Türkiyə sularında zəngin təbii qaz ehtiyatları olduğunu müəyyənləşdirdi. /"Caspian Barrel"
Bu xəbər üçün şərh yazın