"TÜRKİYƏ QARABAĞIN ƏLƏ KEÇİRİLMƏSİNƏ İMKAN VERMƏDİ" - Süleyman Soylu
“Mənim dövlətim Liviya və Qarabağın ələ keçirilməsinə imkan vermədi”.
Bunu Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu deyib.
O qeyd edib ki, son aylarda Türkiyənin daxilində gərginlik yaratmaq üçün müxtəlif ssenarilər hazırlanır.
Törətdiyi çoxsaylı cinayətlərə görə, Türkiyə tərəfindən beynəlxalq axtarışa verilən mafiya rəhbəri Sedat Pekərin açıqlamalarına toxunan nazir vurğulayıb ki, proseslərin bu səviyyəyə çatması onun üçün gözlənilməz olmayıb: “Hazırlanan ssenarinin bu səviyyəyə çatacağını gözləyirdim. Türkiyənin köhnə Türkiyə olmadığını anlamayanalar var. Hökümətlərimiz və partiyamız terrorçuluq və narkotik qaçaqmalçılığından tutmuş bir çox sahələrdə cinayətkaqlıqla mübarizədə ölkə tarixində ən uğurlu nəticələr əldə edib. Ancaq lap əvvəldən ən uğurlu nəticələr qazandığı sahə ölkəmizi və millətimizi mafiyanın əlindən qurtarmağımızdır. Buna görə liderimiz Rəcəb Tayyib Ərdoğana minnətadaram. Çünki o, mafiyanın ölkəmizdə fəaliyyətinin və pis oyunlar oynamasının qarşısını alıb.
Mənim dövlətim heç Liviya və Qarabağın ələ keçirilməsinə imkan vermədi. Bəsit bir mafiya qalıqlarının haranısa ələ keçməsinə imkan vermərik”./Report.az
Bu xəbər üçün şərh yazın