Türkiyə Rusiyanın 3 gəmisini Qara dənizə buraxmadı
Türkiyə Rusiya və Ukraynanı Montrö sazişinin 19-cu maddəsini tətbiq etdiyinə dair məlumatlandırıb.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu "Habertürk"ə deyib.
Çavuşoğlunun sözlərinə görə, Rusiya tərəfi Türkiyənin qərarını "dostcasına" qarşılayıb. Fevralın 27-28-də Türkiyə tərəfi Bosfor və Dardanel boğazlarından Qara dənizə keçmək istəyən 4 Rusiya hərbi gəmisindən 3-nə keçid icazəsi verməyib. Həmin gəmilərin qeydiyyat yeri Qara dənizə olmayıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın