«Türkiyə “S-400″ sistemlərini yazda işə salacaq» – Dmitri Şuqayev
Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətində (FHTƏX) Türkiyədəki S-400 sistemlərinin döyüş hazırlığına gətirilməsi barədə danışıblar.
İdarənin başçısı Dmitri Şuqayevin sözlərinə görə, Rusiya tərəf cari ilin sonuna qədər Türkiyədə mütəxəssislərin hazırlığı prosesini başa çatdıracaq.
Əgər bundan sonra da bütün işlər plan üzrə gedərsə, “S-400″ sistemləri gələn ilin yazında istismara buraxılacaq.
«Allaha şükür, bizim türkiyəli həmkarlarımızla işlərimiz plan üzrə gedir. Türkiyə NATO ölkəsi olaraq, hamıya, o cümlədən, ərəb dünyasına nümunə göstərdi» – deyə, Şuqayev beynəlxalq aviasiya-kosmik salonu (Dubai Airshow 2019) çərçivəsində qeyd edib./Azpolitika.info
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın