Türkiyə silahlanmaya yeni döyüş gəmisi daxil edib
Türkiyə Silahlı Qüvvələrinin silah arsenalına “Amfibi” çoxfunksiyalı döyüş gəmisi daxil edilib.
Bu barədə Türkiyə Silahlı Qüvvələri tvitter səhifəsində məlumat yayıb.
“Amfibi” qrup komandanlığı hərəkətə hazırlıq təlimləri çərçivəsində gəmi Dəniz Piyadaları Briqadası və Quru Qoşunlarına məxsus helikopterlərlə birlikdə tapşırıqları yerinə yetirib.
“Amfibi” döyüş gəmisi Türkiyənin “Sedef tersanesi"ndə tikilib. Onun maliyyə dəyəri 650 milyon ABŞ dollarıdır. Gəmi 2021-ci ildə istismara verilib və hazırda sınaq mərhələsindədir. Uzunluğu 232 metr, eni 32 metr, hündürlüyü 58 metrdir. Gəmi 56 uçuş, 50 tibb, 200 qərargah heyəti, 550-570 desant, 371 ştatı ümumilikdə 1223 nəfərlik şəxsi heyətə malikdir.
Bundan başqa gəmiyə 10 ədəd “Anka” və ya “Bayraktar” pilotsuz uçuş aparatı, 8 ədəd “As532” və ya “CH-47F” helikopteri, 4 ədəd “T-129” ATAK helikopteri, 2 ədəd “S70-B SEAHAWK” ümumi təyinatlı helikopter yerləşdirmək mümkündür./Report.az
Bu xəbər üçün şərh yazın