Türkiyə terrorçuları geri göndərir – “Biz, İŞİD terrorçuları üçün otel deyilik”
Türkiyə bundan əvvəl İŞİD terrorçu qruplaşmasının ələ keçirilmiş döyüşçülərinin repatriasiyasna – onların vətəndaşı olduqları ölkələrə geri qaytarlmasına noyabrın 11-dən başlayacaq.
Bu barədə noyabrın 8-də Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan edib.
Türkiyə uzun müddətdir Avropalı müttəfiqlərini onda qınayır ki, onlar İŞİD döyüşçülərini geri qəbul etməkdən imtina edirlər. İndi Ankara sözdən əmələ keçmək qərarına gəlib və xəbərdarlıq edir ki, keçmiş İŞİD-çiləri vətəndaşı olduqları ölkələrə göndərəcək – hətta bu ölkələrin hakimiyyətləri onların vətəndaşlığını «sıfırlasa» belə.
«Biz, onlara (Avropa ölkələrinin hökumətlərinə – red.) deyirik: bu insanları sizə qaytaracağıq və bazar ertəsi buna başlayacağıq» - deyə, «Hurriyet Daily News» Türkiyə daxili işlər nazirindən sitat gətirir.
Xəbər verildiyi kimi, Türkiyə hakimiyyəti Suriyanın şimal-şərqindəki hücum zamanı saxlanılmış İŞİD döyüşçülərini – Avropa ölkələrinin vətəndaşı olan terrorçuları geri qaytarmaq niyyətindədir. «Biz, İŞİD terrorçuları üçün otel deyilik» – deyə, Süreyman Soylu noyabrın 2-də Ankarada bəyan edib.
Bununla bərabər, Türkiyə DİN başçısı bəzi Avropa dövlətlərinin, xüsusilə də Böyük Britaniyanın və Niderlandın İŞİD üzvlərinin vətəndaşlığının ləğv olunması barədəki qərarını tənqid edib.
Soylu bildirib ki, belə tədbirlər «məsuliyyətsiz və qəbuledilməzdir». Nazir o zaman ələ keçirilmiş İŞİD-çilərin sayı barədə məlumat verməyib./Azpolitika.info
Bu xəbər üçün şərh yazın