"Türkiyə və Fransa aralarındakı münasibətləri tənzimləməyi bacaran dövlətlərdir”

"Türkiyə və Fransa aralarındakı münasibətləri tənzimləməyi bacaran dövlətlərdir” - Putin

Rusiya heç vaxt dövlətlər arasındakı mübahisələrdən sui-istifadə etməyib.

Faktinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə Fransa arasında Dağlıq Qarabağla bağlı ziddiyətlərdən danışarkən deyib.

“NATO-dakı daxili mübahisələrə, Türkiyə ilə Fransa arasındakı mübahisələrə gəldikdə, biz heç vaxt digər dövlətlər arasında yaranan gərginlikdən sui-istifadə etməmişik. İndiyə qədər tam hüquqlu demirəm, amma hər halda yaxşı perspektivlərimiz və Fransa ilə yaxşı münasibətlər tariximiz var. Türkiyə ilə artan əməkdaşlığımız var, ümumiyyətlə Türkiyə qonşumuzdur. Türkiyə və Fransa aralarındakı münasibətləri tənzimləməyi bacaran dövlətlərdir”, - Putin bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi