“Türkiyə və Rusiya xarici orduların Liviyadan çıxarılmasına razıdır” - ABŞ DD
Amerika Birləşmiş Ştatları (ABŞ) hesab edir ki, Rusiya və Türkiyə xarici orduların Liviyadan çıxarılmasının müzakirə imkanları ilə razıdır.
Belə bəyanatla jurnalistlər üçün keçirilən brifinqdə Dövlət Departamentinin yüksək çinli nümayəndəsi çıxış edib. Brifinqin stenoqramını DD iyunun 23-də yayıb.
«Prinsipcə biz, elə vəziyyətdəyik ki, həm türklər, həm də ruslar onunla razılaşdılar ki, bu, müzakirə mövzusu ola bilər və gəlin ondan danışaq ki, 300 suriyalını bir tərəfdən, 300 suriyalını isə o biri tərəfdən götürək, təyyarəyə oturdaq və hara isə hiss olunacaq ilk praktik addım qismində çatdıraq. Bu proses həmişə addım-addım ardıcıl gedir» - məmur deyib.
Çərşənbə günü Berlində Liviya üzrə beynəlxalq konfrans keçirilib - Əlcəzairin, Böyük Britaniyanın, Almaniyanın, Misirin, İtaliyanın, Çinin, Marokkonun, Niderlandın, Konqo Respublikasının (Afrika İttifaqında Liviya tənzimləməsi üzrə komissiyaya başçılıq edir), Rusiyanın, ABŞ-ın, Tunisin, Türkiyənin, Fransanın, İsveçrənin və BMT nümayəndəsinin, Afrika İttifaqının, Avropa İttifaqının, Ərəb Dövlətləri Liqasının numayəndəsinin iştirakı ilə.
Konfransda Rusiyanı xarici işlər nazirinin müavini Sergey Verşinin təmsil edib. Diskusiyaların yekunları üzrə o, bəyan edib ki, Moskvanın qiymətləndirməsinə görə, Liviyada situasiya «nisbi sabitdir» və «ümumilikdə doğru istiqamətdə gedir». Verşinin qeyd edib ki, Liviyada silahlı iştirakı «azaltmaq lazımdır» və bunu «düşünülmüş şəkildə etmək lazımdır». Yekun konfransda liviyalı xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nacla Manquş xəbər verib ki, Liviya hakimiyyəti xarici muzdluların Liviyadan çıxarılmasında proqres əldə edib və bu, yaxın günlərdə başlana bilər./Azpolitika.info
Bu xəbər üçün şərh yazın