Türkiyə vitse-prezidentinin tədbirdə çıxışı zamanı halı pisləşib –VİDEO
Türkiyənin vitse-prezidenti Fuat Oktayın səhhətində problem yaranıb.
“Cumhuriyet” qəzeti xəbər verir ki, o, dekabrın 21-də “Kibertəhlükəsizlik həftəsi” adlı tədbirə qatılıb.
Tədbirdə çıxışı zamanı halı pisləşən vitse-prezident nitqinə davam etmək istəsə də, bu, mümkün olmayıb.
Mühafizəçilərin F.Oktayı tribunadan düşürüblər və onun üçün təcili tibbi yardım çağırılıb.
Vitse-prezidentin durumu ilə bağlı əlavə məlumat verilməyib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın