"Türkiyədə 3 manat olan dərman Bakıda 39 manata satılır" – Foto
"Tamprost" dərmanının Türkiyə ilə müqayisədə Azərbaycanda 13 dəfə baha satıldığı iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə sosial şəbəkə hesabında paylaşım edib.
“Türkiyədən bizim pulla 3 manat 20 qəpiyə aldığım dərmanı bu gün (23 yanvar – red.) Bakıda “İstanbul” aptekində 39 manat 40 qəpiyə aldım”, - paylaşımda bildirilib.
Qeyd edək ki, yerli mətbuatda yer alan xəbərlərə görə, deputat Əli Məsimli də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu barədə danışıb və dərman qiymətlərinin baha olması məsələsini qaldırıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın