
Türkiyədə 600-dən çox tibb işçisi koronaya yoluxdu
Türkiyədə 601 tibb işçisi yeni növ koronavirusa yoluxub.
Faktinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
"Ölkəmizdə bunu demək ürəyimcə olmasa da, 601 tibb işçisi koronavirusa yoluxub. Onları qorumaq üçün əlimizdən gələni edirik", - Qoca söyləyib.
Qeyd edək ki, Türkiyədə 15 min 679 nəfər koronaya yoluxub, 277 nəfər isə dünyasını dəyişib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın