
Son 24 saat ərzində Türkiyədə 75 ,ABŞ-da isə 1151 nəfər koronavirusdan öldü
Türkiyədə bu gün daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində yazıb.
Bununla da Türkiyədə Covid-19-dan ölənlərin sayı 649-a çatıb. 30 min 217 nəfər isə virusa yoluxub. Sağalanların sayı 284 nəfərdir.
***
ABŞ-da koronavirus qurbanlarının sayı son 24 saat ərzində 1151 nəfər artıb.
Bununla da Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin ümumi sayı 9654-ə çatıb.
Con Hopkins universitetinin yaydığı son məlumata görə, virusa yoluxma sayı bir gündə 25 min 722 nəfər artaraq 337 min 971 olub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın