Türkiyədə əcnəbilərə ev satışı rekord həddə çatıb

Türkiyədə əcnəbilərə ev satışı rekord həddə çatıb 

Noyabrda Türkiyədə əcnəbilərə ev satışı 48.4% artıb. Lirənin ucuzlaşması evlərin qiymətini əlində möhkəm valyuta olanlar üçün xeyli ucuzlaşdırıb.

DİA.AZ xəbər verir ki, ümumilikdə noyabrda əmlak bazarında canlanma qeydə alınıb, ümumi satış bir il öncəylə müqayisədə 59% artıb, 179 minə yaxın ev satılıb. Rəqəmləri Türkiyə Statistika İnstitutu açıqlayıb.

Əcnəbilərə isə 7 min 363 əmlak satılıb ki, bu da müvafiq data yığılan 2013-cü ildən ən yüksək aylıq göstəricidir. Əcnəbi alıcılar içində birinci yeri iranlılar tutur. Sonra iraqlılar və rusiyalılar gəlir.

Dekabrın 13-də lirə dollara qarşı rekord həddə ucuzlaşıb, bir dollar 14.99 lirə olub. Hazırda bir dollar 14.2 lirədir və bu, sentyabrın əvvəlindən 40% zəifləmə deməkdir.

İlin ilk 11 ay ərzində əcnəbilərə əmlak satışı 39.4% artıb. Ümumi ev satışı isə 9.2 faiz azalıb.

Əcnəbilər ən çox İstanbulda ev alırlar, əcnəbilərə 3 minə yaxın ev məhz bu şəhərdə satılıb. Sonrakı yerləri Antalya kurort şəhəri və paytaxt Ankara tutur.

Noyabrda ipoteka satışı 61% artıb, 39 mindən çox əmlak ipotekaya verilib.

Ötən il satış pandemiya dövründə dövlət banklarının ucuz kreditləri hesabına yüksəlib. Daşınmaz əmlak developerləri alıcılar üçün kampaniyalar keçirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər