Türkiyədə inflyasiya son 20 ilin rekordunu qırıb

Türkiyədə inflyasiya son 20 ilin rekordunu qırıb 

Bu ilin mart ayında Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 61,14% bahalanıb.

Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 20 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2002-ci ilin mart ayında bundan yüksək (65,1%) olub. 

Ən yüksək bahalanma nəqliyyat xidmətlərində qeydə alınıb – 99,12%. 

Bundan başqa ötən ilin mart ayı ilə müqayisdə qida və içkilər 70,33%, ev əşyaları 69,26%, restoran və otellərdə xidmətlər 60,4% bahalanıb. 

Ən az artım rabitə xidmətlərində qeydı alınıb. Rabitə tarifləri son bir ildə 15,08% artıb.

Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 10-luğunda yer alır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi