Türkiyədə müxalifətin namizədini Bayden müəyyən edəcək -Perinçək
Türkiyədə prezident seçkilərində müxalifətin namizədi Baydenin dediyi adam olacaq.
Faktinfo.az Axar.az-a istinadla xəbər verir ki,bunu Türkiyənin Ana Vətən Partiyasının rəhbəri Doğu Perinçək qatıldığı proqramda deyib.
“Artıq Kılıçdaroğlu ola bilməz. Çünki ABŞ onun üzərindən xətt çəkib. ABŞ-ın favoriti Maral Akşənərdir. O, daxili işlər naziri olduğu dövrdə polis şöbələrinə FETÖ-çuları rəhbər təyin etmişdi. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrində gedən gizli danışıqları da dinlətmişdi”, - baş katib bildirib.
Perinçək qeyd edib ki, Türkiyədə Millət İttifaqının iqtidara gəlmək şansı sıfra bərabərdir:
“Bu ancaq müharibə ilə baş verə bilər. ABŞ gəlib Ankaranı ələ keçirər. Adıçəkilən müxalifət liderlərini də, İraqda etdiyi kimi, hakimiyyətə gətirər: “Bayden tayfası”, Maral Akşənər, Kamal Kılıçdaroğlu, FETÖ və PKK ölkəni idarə edər”.
Bu xəbər üçün şərh yazın