Türkiyədə Qarabağın işğaldan azad olunmasına qarşı çıxanlar həbs olundu
Türkiyədə Ankara Cümhuriyyət Baş prokurorluğu terror təşkilatı PKK-ya qarşı yönəlmiş istintaq çərçivəsində aralarında bu təşkilata bağlı partiya olan HDP-nin bölgə başqanları da olmaqla 12 nəfər barəsində həbs sanksiyası verib.
Türkiyə KİV-ləri xəbər verir ki, şübhəlilər arasında İnsan Haqları Dərnəyinin (İHD) başqanı öztürk Türkdoğan və HDP-nin Eskişehir bölgə təşkilatının rəhbəri, Mamak rayon təşkilatının rəhbəri də var.
Ötən gün martın 19-da səhər saatlarında keçirilən əməliyyat zamanı barəsində həbs sanksiyası verilən 12 nəfərdən 10-u saxlanılıb. Şübhəlilərin terror təşkilatı PKK-nın təlimatı ilə bu təşkilata bağlı xəbər saytlarından edilən çağırışlarla Ankarada aksiyalar təşkil etməyə hazırlaşdıqları müəyyən edilib.
Habelə şübhəlilərin Qarabağın işğaldan azad edilməsinə qarşı hazırlanan və PKK-ya yaxın internet saytlarında yayımlanan bəyanatı imzaladıqları da təsbit edilib. Onların dindirilməsi davam edir.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın