Türkiyədə “SOM-B2″ qanadlı raketləri sınaqdan keçirilib
Türkiyə “SOM-B2″ iki mərhələli raketin ilk sınaq buraxılışı keçirilib.
Trend.az-ın məlumatına görə, bu barədə sənaye və texnologiya naziri Mustafa Varank öz “Twitter” səhifəsində yazıb.
“SOM-B2″ raketləri SOM uzun məsafəli qanadlı raketlərinin versiyalarından biridir.
SOM raketinin bu versiyasının beton bunkerləri məhv etmək üçün istifadə ediləcəyi bildirilir.
Müdafiə Sənayesi Naziri İsmayıl Dəmir “Twitter” səhifəsində “SOM-B2″ raketinin sınağa başlanması zamanı hədəfi uğurla vurduğunu yazıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın