Türkiyədəki zəlzələnin qorxuducu səsini qeydə aldılar - Video
Geofizika mühəndisi, professor Övgün Ahmet Ercan Qəhrəmanmaraşda baş verən 7,7 bal gücündə zəlzələnin təxminən 130 atom bombası gücünə malik olduğunu bildirib.
Bu barədə Türkiyə mətbuatı yazıb.Zəlzələlərlə bağlı araşdırmalar aparan Övgün Ahmet Ercan bildirib ki, zəlzələnin baş verdiyi coğrafiya Yer qabığının 4 əsas çatının (fay xətti) qovşağıdır. Bunlar Ölü dəniz, Şərqi Anadolu, Ərəb Qalxanı və Kipr Yayı xətləridir.
Zəlzələnin yerin altındakı qorxunc səsi isə Kocaeli Universitetində işləyən geofizika mühəndisi Hamdullah Livaoğlu tərəfindən qeydə alınıb.
Zəlzələni eşidiləcək hala gətirdiklərini ifadə edən Livaoğlu qeyd edib ki, insan qulağı 20 Hz-dən aşağı tezlikləri eşidə bilməz:
“Zəlzələ siqnalının tezlikləri də adətən 20 Hz-dən az olur”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın