Türkiyəli müəllim ADAU-da mühazirə deməyə başlayıb
Azərbaycan Dövlət Aqrar Universitetində maddi-texniki bazanın müasirləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi artıq beyxəlxalq universitetlərdə də böyük maraq yaradıb. Onlar vaxtaşırı Aqrar Universitetə gəlir, ixtisaslara uyğun mühazirələr söyləyir, təcrübə dərsləri aparırlar.
Faktinfo.az-a ADAU-nun mətbuat xidmətindən bildirilib ki, noyabrın 22-dən Türkiyə Cümhuriyyətinin Hazine Müşteşarlığı Dış Ekonomik İlişkiler Genel Müdürlüğünün Ziraat Yüksek Mühendisi Dilara Saltık təhsil müəssisəsinin Aqronomluq fakültəsinin aqronomluq ixtisasının III kurs tələbələrinə entomologiya fənnindən mühazirə söyləyib, praktiki dərslər aparıb. Dərslər noyabr ayının 25-dək davam edəcək .
Universitetlərarası bu cür əməkdaşlıq əlaqələrinin inkişafı olduqca səmərəlidir və bir qayda olaraq gələcəkdə müəllimlərin, tələbələrin mübadiləsi ilə nəticələnir, kənd təsərrüfatının aktual problemlərin həlli yolları birgə araşdırılır.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın