Türkiyəli nazirə sui-qəsd planı deşifrə oldu
PKK terror təşkilatı Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varanka qarşı sui-qəsd planlaşdırıb.
Diyarbəkirdə saxlanılan “Botan Zağroz” ləqəbli Məhməd Qırıq adlı terrorçunun mobil telefonunda nazirin fotosu tapılıb. Terrorçu ifadəsində naziri snayperlə qətlə yetirmək istədiklərini bildirib.
Bundan başqa, saxlanılan daha 2 terrorçu İstanbulda şəhidlərin dəfn mərasimlərində və insanların daha sıx toplaşdığı yerlərdə də terror aktı törətməyi planlaşdırdıqlarını söyləyiblər./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın