"Türkiyəni görməzdən gələ bilməzsiniz,bu ölkənin böyük hədəfləri var" - Angela Merkel
"NATO ölkəsi olan Türkiyə qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində Avropa İttifaqı üçün mərkəz rolunu oynayır".
Bunu Almaniya kansleri Angela Merkel Qüdsdə jurnalistlərə açıqlamasında deyib.
“Türkiyəni görməzdən gələ bilməzsiniz. Bu ölkənin böyük hədəfləri var. Münasibətlərdə xəyal qırıqlığı yaşanır. Əsas məsələlərdə mövqelərin fərqli olmasına rəğmən, praqmatik yanaşmaq lazımdır. Bir-birimizlə dialoqa davam etməliyik”, o bildirib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın