Türkiyənin 4 partiyası ortaq bəyanat yaydı

Türkiyənin 4 partiyası ortaq bəyanat yaydı 

Türk ordusuna edilən hücumla bağlı Türkiyənin siyasi partiyaları - AKP, CHP, MHP və İYİ ortaq bəyanat yayıb.

Bəyanatda İdlibdəki xaincəsinə edilən hücum qınanılıb.

"Həll yolunun siyasi üsullarla əldə ediləcəyinə inanırıq. Türk ordusunun vəzifəsini yüksək səviyyədə müvəffəqiyyətlə yerinə yetirəcəyinə tam arxayınıq.

Bu alçaq və mənfur hücumu Türkiyə Böyük Millət Məclisində aşağıda imzası olan partiyalar olaraq şiddətlə və nifrətlə qınayırıq. Bildiririk ki, bölgədəki humanitar dramın qarşısını almaq və əsgərlərimizə edilən hücumlara beynəlxalq hüquq tərəfindən dəstəklənən siyasi yollarla cavab verilməlidir", - bəyanatda qeyd olunub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi