“Türkiyənin dəstəyi Həftəri zəiflətdi” – “Ekonomist”
Türkiyənin hərbi texnika dəstəyi Liviyada balansı dəyişdirib
İngiltərədə nəşr olunn “Ekonomist” qəzeti Liviyadakı vəziyyətlə bağlı yazı dərc edib. Yazıda BMT tərəfindən Liviyanın qanuni hökuməti kimi tanınmış Milli Barışıq Hökumətinin Tripolinin qərbində və cənub-şərqində apardığı əməliyyatların Türkiyənin də dəstəyi ilə uğurla nəticələndiyi, bu əməliyyatlar nəticəsində Xəlifə Həftər qüvvələrinin zəiflədiyi qeyd olunur.
Mərkəzi ofisi İngiltərənin paytaxtı London şəhərində yerləşən “Ekonomist”in “Xəlifə Həftərin mövqeyi zəifləyir” başlıqlı xəbərində qiyamçı general Həftərin Misir, Fransa, Rusiya, BƏƏ tərəfindən dəstəkləndiyi, lakin Türkiyə prezidenti R.T.Ərdoğanın bu ittifaqlara qarşı müdaxilə edərək Milli Barışıq Hökuməti ilə Liviya razılaşması imzaladığından bəhs edilir. Yazıda deyilir: “Türkiyənin Pilotsuz Uçuş Aparatları və Silahlı Pilotsuz Uçuş Aparatları bölgədəki balansı dəyişdirdi”./Hurriyyet.org
Bu xəbər üçün şərh yazın