Türkiyənin Ege Universitetinin professoru ADAU tələbələrinə mühazirə söyləyib

Türkiyənin Ege Universitetinin professoru ADAU tələbələrinə mühazirə söyləyib 

12 mart 2021-ci il tarixində Türkiyənin Ege Universitetinin Bitki mühafizəsi kafedrasının müdiri, professor Enver Durmuşoğlu Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün "Tarladan süfrəyə qida təhlükəsizliyində pestisid qalıqlarının zərərləri və onun qarşısının alınması mövzusunda" onlayn mühazırə söyləyib.

Mühazirədə qida məhsullarının dəyər zəncirində pestisid qalıqlarının zərərləri və onun qarşısının alınmasında Türkiyə təcrübəsi iştirakçıların nəzərinə çatdırılıb. Mühazirədə ADAU-nun “bitki mühafizəsi”, “baytarlıq təbabəti”, “aqronomluq” ixtisası üzrə bakalavriat və magistratura səviyyəsində təhsil alan tələbələri, habelə Universitetin müvafiq kafedralarının əməkdaşları iştirak ediblər.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək professor Enver Durmuşoğluna minnətdarlığını, qarşılıqlı dərslərin əhəmiyyətini və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin zəruriliyini bildirib.

Qeyd edək ki, ADAU ilə Ege Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADAU-nun bakalavriat səviyyəsinin “aqronomluq”, ”bitki mühafizəsi”, “aqromühəndislik” və “iqtisadiyyat” ixtisasları üzrə ikili diplom proqramları icra edilməkdədir.

Sonda müəllim və tələbələrin sualları ətraflı şəkildə cavablandırılıb.

Faktinfo.az

Türkiyənin Ege Universitetinin professoru ADAU tələbələrinə mühazirə söyləyibTürkiyənin Ege Universitetinin professoru ADAU tələbələrinə mühazirə söyləyibTürkiyənin Ege Universitetinin professoru ADAU tələbələrinə mühazirə söyləyibTürkiyənin Ege Universitetinin professoru ADAU tələbələrinə mühazirə söyləyib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi