"Türkiyənin izni olmadan kimsə Aralıq dənizində quş uçurda bilməyəcək" - "Ştern" jurnalı
Almaniyada nəşr olunan "Stern" jurnalı Türkiyənin Rusiyadan S-400 almasıyla Aralıq dənizdə böyük bir üstünlük əldə edəcəyini yazıb.
Jurnal Türkiyənin Rusiyadan S-400 almasına ABŞ-ın sərt reaksiya verməsinin səbəblərini izah edib.
"ABŞ buna çox sərt bir şəkildə qarşı çıxır. Bu qarşı çıxışın səbəbi yalnız ABŞ-ın Rusiya ilə düşmən olması deyil. ABŞ dünyanın hər bir ölkəsinin hava məkanında gizli təyyarələri ilə uçan bir ölkədir. Dolayısıyla ABŞ Türkiyənin hava məkanında da, bütövlükdə Aralıq dənizi üzərində də radara düşmədən uça bilir. S-400lerin ən əhəmiyyətli xüsusiyyəti isə görünməz kimi səciyyələndirilən təyyarələri təsbit edə bilməsidir.
S-400 havadan müdafiə sistemləri Türkiyənin Aralıq dənizinin şərqindəki təsirini böyük ölçüdə artıracaq. Ankaranın iradəsi xaricində, kimsə bu sahədə fəaliyyət göstərə bilməyəcək. Məhz bu səbəbdən də ABŞ Türkiyənin S -400 almasına qarşı çıxır" - alman jurnalı belə yazır. \\Avropa.info
Bu xəbər üçün şərh yazın