Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinin adı açıqlanıb 

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.

Report.az  “TRTHaber”ə istinadən bildirir ki, peyvəndin adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

İyunun 22-də könüllülərə yerli aşının üçüncü fazasının ilk dozası vurulub.

R.T.Ərdoğan mərasimə video-konfrans vasitəsilə qatlıb.

“Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq”, - o vurğulayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi