Türkiyənin Ukraynaya hərbi ixracı 30 dəfə artıb - "Bayraktar TB2" dronların döyüşlərin qızğın vaxtı çatdırılıb
Ötən illə müqayisədə bu ilin birinci rübündə Türkiyədən Ukraynaya müdafiə avadanlığı və mallarının satışı 30 dəfə artıb.
AzPolitika.info xəbər verir ki, bu barədə "Reuters" ganetliyi Türkiyə İxracatçılar Assosiasiyasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, bu müddət ərazində Türkiyədən Ukraynaya 59.1 milyon dollarlıq müdafiə malları ixrac edilib. Halbuki bu rəqəm 2021-ci ilin ilk rübündə 1.9 milyon dollar idi. Rəsmi məlumatda müdafiə avadanlığının konkret nədən ibarət olduğu açıqlanmır.
Ukrayna son illərdə Türkiyədən 20 ədəd "Bayraktar TB2" döyüş dronları alıb. Bu il yanvarın 27-də Kiyev Türkiyəyə daha 16 belə PUA sifariş etmişdi. Bu dronlar Ukraynaya Rusiya ilə müharibənin ortasında, martın əvvəllərində çatdırılıb.
Ankara və Kiyev arasında uzun müddətdən bəridir ki, sıx müdafiə əməkdaşlığı var. NATO üzvü Türkiyənin hən Ukrayna, həm də Rusiya ilə dəniz sərhədi var. Ankara həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərini qoruyub saxlamağa çalışır.
Türkiyə Ukraynanı döyüş dronları ilə təchiz etsə də, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb.
Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Rusiyanın Ukraynaya müdaxiləsini pisləyib. Ancaq bildirib ki, müharibəni bitirmək üçün Rusiya prezidenti Vladimir Putinlə kommunikasiya kanallarının açıq saxlanmasını istəyir.
Türkiyə İxracatçılar Assosiasiyasının məlumatına görə, bu ilin ilk rübündə Türkiyənin müdafiə ixracatı 48.6 faiz artıb. Türkiyə 2021-ci ildə 3.2 milyard dollarlıq hərbi avadanlıq ixrac edib. Bu, 2020-ci illə müqayisəıdə 41.5 faiz artım deməkdir.
Bu xəbər üçün şərh yazın