Türkiyənin yeni möhtəşəm silahı – ULAQ
Türkiyə Silahlı Qüvvələri havada və quruda olduğu kimi, dənizdə də gücünü artırır.
Qardaş ölkə ilk silahlı pilotsuz döyüş gəmisi - ULAQ-ın istehsalını yekunlaşdırır.
Bildirilir ki, ULAQ seriyasının ilk məhsulu olan SİDA-nın prototip istehsalı dekabr ayında başa çatacaq.
SİDA 400 kilometr seyretmə məsafəsi, saatda 65 kilometr sürət, gündüz/gecə görmə qabiliyyəti, milli şifrəli rabitə infrastrukturuna malik olacaq.
Döyüş gəmisi müxtəlif əməliyyatlara cavab verəcək formada raket sistemləri ilə təchiz olunacaq. Bununla yanaşı, gəmidən müşahidə və səth müharibəsi, assimetrik döyüş, silahlı müşayiət və strateji təsisat təhlükəsizliyi istiqamətində də istifadə olunacaq./Axar.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın