Türkiyəyə İrəvandan bilet alacam, ucuzdur - Deputat
ZAL qiymətləri qaldıra-qaldıra gedir. Gözləyirəm Zəngəzur dəhlizi açılsın, ordan İrəvana gedəcəm və Türkiyəyə 80 manata bilet alacam.
Aznyus.az xəbər verir ki, bu sözləri deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında "Turizm haqqında" qanuna münasibət bildirərkən deyib.
"AZAL hər dəfə qiymətləri qaldırır. Biz bunu burda müzakirə etməklə nəsə dəyişmir. Türkiyə bu yaxınlarda İrəvanla hava yolunu açacaq. Biletlərin qiyməti də 80 manatdır. Gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın, ordan Türkiyəyə daha ucuz gedəcəyəm. Hörmətli Sahibə xanım, çox xahiş edirəm, bu məsələni diqqətinizdə saxlayın. Belə olmaz. Turizmin inkişafına mənfi təsir edən əsas amillərdən biridir.
Benzin, dizel bizim... Üstəlik AZAL da subsidiya alır. Başqa ucuz şirkətlər gəlir, bir aydan sonra qaçıb gedirlər. Sözümüzün havada qalmaması üçün bəlkə bu barədə danışmayaq?! AZAL da qiymətləri qaldıra-qaldıra getsin. Allahın bir dənə "Zirə” komandasını da saxlaya bilmədi. Heç olmasa, komandanı saxlaya bilmirsən, qardaş?! O gün oxuyuram ki, oteldə 2 gecə 3 günlük qiymət 1750 manatdır. Mənim bir aylıq maaşımdır. Mən gedəcəm o hotelə? Əlbəttə, yox!” - deyə, millət vəkili qeyd edib.
Bu xəbər üçün şərh yazın