Türkiyəyə qarşı düşmənçilik:ABŞ və Almaniya Ankaraya qarşı birgə hərəkət edirmi? - Təhlil

Türkiyəyə qarşı düşmənçilik:ABŞ və Almaniya Ankaraya qarşı birgə hərəkət edirmi? - Təhlil 

Həsən Bəsri Yalçın“Anadolu News Agency“Türkiyə ilə ABŞ arasındakı münasibətlər yaxşı deyil. Ancaq Almaniya-Türkiyə münasibətləri daha pisdir. Əlaqələr çox gərgindir. ABŞ – Türkiyənin təhlükəsizliyi, Almaniya isə iqtisadiyyatı baxımından əsas aktyordur. Buna görə də, Türkiyə bu iki ölkə ilə pis əlaqələrin nəticələrini saymalı olacaq.

ABŞ-ın bəhanələri

 Bu gün Türkiyənin həssaslığına hörmət göstərməklə yanaşı, ABŞ öz təhlükəsizliyi üçün təhdid saydığı sahələrdə müttəfiqini ittiham edir. O, PYD/PKK-nı ağır silahlarla təmin edir; PYD-ni gücə çevirir. Bacardığı halda, Suriyanın şimalında bir terrorist dövlət yaradacaq. Eyni zamanda, o, "Ankaranın narahatlıqlarını anlayırıq" və "Biz onları qovmağa çalışırıq" kimi bəyanatlar verir. Amma hamı bilir ki, bu, boş sözlər, Türkiyə üçün isə çox cansıxıcı və qıcıq yaradan bir vəziyyətdir.

Məsələ ilə əlaqədar narahatlıqlar ən yüksək səviyyədə ifadə edilir. Bu məsələ prezident Ərdoğan və ABŞ prezidenti Tramp arasında iki ay əvvəl baş tutan görüşdə də səslənib. Türkiyə ABŞ-PYD əlaqələrinin problem olduğunu söyləyərkən, amerikalılar bunun müvəqqəti vəziyyət olduğunu dilə gətirib. Buna görə Türkiyədən Raqqanın “təmizlənməsi” üçün vaxt istənilib; verilən silahların yalnız Raqqa əməliyyatında istifadə ediləcəyinə zəmanət verilib, deyilib ki, sonra bu ağır silahlar PYD-dən geri alınacaq.

Bu zəmanətlərin real olduğu şübhəlidir. Bir dəfə verilən silahları geri almaq praktikada görünməyib. Lakin bu, əsas məsələ deyil. Çünki Türkiyəni daha çox narahat edən terror təşkilatının – PYD-nin normal bir aktyor kimi təqdim olunmasıdır. Bu vəziyyət gələcəkdə Türkiyə üçün daha çətin problem yaradacaq. Amma amerikalılar bunun baş verməyəcəyinə dair də zəmanət verirlər. Ancaq belə bir zəmanətin özülü yoxdur.

 

Almaniya – açıq düşmən

 

Digər tərəfdən, Almaniya sərhəd tanımır. Terror təşkilatlarını dəstəkləməməklə yanaşı, Türkiyəyə qarşı açıq düşmənə çevrilir. Həm siyasətçilər, həm də media birbaşa Türkiyəni və onun prezidentini hədəf alır. Almaniya qəzet-jurnallarında Ərdoğanın rəsmləri ilə görünür; o, "Sultan" kimi təqdim olunur, diktatorluq və avtoritarlıqda ittiham olunur.

16 Aprel referendumunda da alman siyasətçilər və media açıq tərəf olmaqdan çəkinməyib. Beləliklə, Almaniya daha iddialı, daha təcavüzkar olub.

ABŞ-ın Türkiyə ilə münaqişə bölgələrində fikirlər və maraq fərqlilikləri və bundan yaranan problemləri var. Ancaq Türkiyə və Almaniya əsasən bir-birinə qarşı olduqları üçün problemlərə malikdir. Yəni Birləşmiş Ştatlar Türkiyə ilə Suriya məsələsində razılaşmır, ancaq müşkülün kökü Türkiyənin özü deyil. Buna baxmayaraq, münasibətlərində yaxşılaşma meyli yoxdur.

 

ABŞ və Almaniya birlikdə hərəkət edirmi?

 

Türkiyənin həm Almaniya, həm də ABŞ-la problemləri ilə bağlı bu suallar ortaya çıxır: ABŞ və Almaniya birlikdə hərəkət edirmi? Antitürklük ümumi xüsusiyyətdirmi?

Almaniya və ABŞ-ın Türkiyəyə qarşı ortaq mövqeyə malikliyi fikri məntiqdən uzaq deyil. Hər ikisi Türkiyə əleyhinədirsə, səbəblər eyni ola bilər və əgər səbəblər eyni olsa, bəlkə də onlar hərəkətlərini koordinasiya edirlər.

Buna baxmayaraq, hər iki ölkə əslində ortaq hərəkət etmir. Çünki bu iki ölkənin bir-biri ilə ciddi problemləri var. Hətta Almaniya və ABŞ arasında yaranan rəqabət çox ciddi səviyyəyə çatdıb və tərəflərin hər zaman, xüsusilə də iqtisadi münasibətlərdə bir-birini cəzalandırmağa çalışdığı deyilə bilər.

Tramp hakimiyyətə gəldikdən əvvəl də belə nümunələr ortaya çıxıb. Amma Trampın şəxsi tərzi və davranışı bunu sürətləndirib. O, artıq Almaniyaya bir siqnal verib, əlaqələrin çox isti olmayacağını göstərib.

Birləşmiş Ştatlar və Almaniya daha çox maddi səbəblərə görə hərəkət edir.Hər ikisi daha rəqabətçi xarici siyasət metodlarını qəbul edir. Bu gün ABŞ ilə Almaniya arasındakı mübahisəli məsələlərin sayı Türkiyə-ABŞ, Türkiyə-Almaniya arasındakı problemlərin sayından daha çoxdur. Ancaq Türkiyənin ziddiyyətli sahələri keyfiyyətcə daha əhəmiyyətli olduğundan, daha çox gərginlik yaradır və daha çox diqqət cəlb edir. Ancaq ABŞ və Almaniya arasındakı gərginlik qulaqardına vurulmamalıdır.

 

Gərginlik dövrü

 

Dövlətlər arasındakı bu gərginlik struktur amillərinin nəticəsi kimi nəzərdən keçirilməlidir. Türkiyə yalnız Almaniya və ABŞ-da deyil, həm də Rusiya, Səudiyyə Ərəbistanı və İran kimi ölkələr üçün narahatlıq mənbəyidir. Eyni şəkildə İngiltərə də Almaniya ilə problemlərə sahibdir. Rusiya da Çinlə. Hətta İran Rusiyadan çəkinir. Səudiyyə Ərəbistanı Qətərlə mübahisə edir. İran və Səudiyyə qarşı-qarşıya gəlir.

Buna tabloya baxarkən, yeni bir görünüş ortaya çıxır. Məsələ yalnız Türkiyədə deyil. Almaniya və ya ABŞ-da da. Bu, struktur problemdir. Dünya siyasi sistemində yeni bir dönüş baş verib. Bu dövr əməkdaşlıq deyil, münaqişə və gərginlik dövrüdür. O, təhlükəsizliyin önündədir. Çünki beynəlxalq sistemdə ciddi güc vakuumu var. Hər kəs bu boşluğun necə olacağına dair narahatdır. Buna görə hər kəs bir-birlərini təhdid edir. Hər kəs eyni zamanda fürsət gözləyir. Hamı hamıdan qorxur.

Başqa sözlə, hər kəs çox gərginlik içində təkdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər