Türkiyəyə sanksiya tətbiq edildi- Türkiyə XİN ABŞ-ın qərarına qarşı lazımı addımlar atılacaq
ABŞ CAATSA federal qanunu çərçivəsində Türkiyəyə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Sanksiya siyahısına Türkiyə Müdafiə Sənayesi İdarəsi və onun rəhbəri İsmayıl Dəmir salınıb.
Siyahıda həmçinin İ.Dəmirin yardımçısı,“Roketsan” İdarə Heyətinin rəhbəri Faruk Yiğit, Müdafiə Sənayesi İdarəsinin Havadan Müdafiə və Kosmik Dairə Komitəsinin əməkdaşları Sərhat Gençoğlu və Mustafa Alpər Dəniz də yer alıb.
***
Türkiyəyə isə ABŞ-ın sanksiya qərarını qınayıb və rədd edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Bildirilib ki, ABŞ-ın S-400-ün NATO sistemləri üçün zəiflik yaradacağı iddiası əsassızdır:
"Türkiyə NATO-nun da iştirak edəcəyi bir texniki işçi qrupu yaratmağı təklif etdi və dəfələrlə siyasi qərəzdən uzaqlaşaraq bu məsələni obyektiv və real əsasda həll etməyi təklif etdi. ABŞ bu məsələni dialoq və diplomatiya yolu ilə həll etmək təklifimizlə razılaşmayaraq, birtərəfli sanksiyalara əl atdı".
Bəyanatda Türkiyənin ABŞ-ın qərarına qarşı lazımı addımlar atacağı vurğulanıb:
“Türkiyə münasibətlərə qaçılmaz olaraq mənfi təsir edəcək qərara qarşı lazımlı addımları atacaq. Türkiyə ayrıca öz milli təhlükəsizliyini təmin etmək üçün lazım bildiyi tədbirlərdən çəkinməyəcək. ABŞ-ı bu gün elan olunan haqsız sanksiya qərarına yenidən baxmağa dəvət edirik. Türkiyə bu məsələni dialoq və diplomatiya ilə ittifaq ruhunda həll etməyə hazırdır”.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın