“TUXLIY ZAD” ÜFUNƏT SAÇIR! – “Rusiya Ermənistana desant çıxartmalıdır”
Rusiya KİV-nin məlumatına görə, Dövlət Duması MDB, avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini, deputat Konstantin Zatulin (Kostya Tuxlıy zad - «İylənmiş künə») «Milli xəbər xidməti» ilə söhbətində Rusiyanın Dağlıq Qarabağda situasiyanın inkişafına yönəlik reaksiya variantlarını sadalayıb.
“Tuxlıy zad”ın sözlərinə görə, məhz Azərbaycan və Türkiyə hərbi revanşa nail olmaq məqsədilə bölgədə sülhü pozub. O, hesab edir ki, bu ölkələrə postsovet məkanında hansı dövlətin aparıcı mövqedə olmasını xatırlatmaq lazımdır. “Tuxlıy zad” bunun məhz hansı formada edilməli olduğunu bilmədiyini etiaf etsə də, bir neçə ehtimal irəli sürüb. Bu variantlar arasında o, Ermənistana desant çıxarılması əməliyyatını xatırladıb.
«Ermənistanın hərbi potensialının desant çıxarma formasında gücləndirilməsi. Ermənistan ərazilərinin müdafiəsi üçün tədbirlərin görülməsi ehtiyacı səbəbilə KTMT-na müraciət formasında. Hava blokadasının açılması formasında. Əgər lazım gələrsə, biz gərək Gürcüstana izah edək - ehtiyac yaranarsa, bu ölkə gərək özünün hava məkanından Ermənistana lazımi köməyin göndərilməsini sakitcə qarşılasın ki, bu qərar ehtiyacdan yaranıb… Biz, tədbir görməliyik» - Zatulin qeyd edib.
O, həm də Paşinyanın bu fikiri ilə razı olduğunu bildirib ki, Azərbaycanın fəaliyyəti səbəbilə Qarabağ münaqişəsinin hələlik diplomatik həlli yoxdur…
Nə deyəsən? Şizofrenik Paşinyanın elə onun qədər də faşizmə yuvarlanmış xaç qardaşından bundan artığını gözləmək axmaqlıq olardı. Baxın, bu şiziklər heç fərqində deyillər ki, hazırda müharibə Azərbaycan ərazilərində, Ermənistan ordusuna qarşı gedir. Fəqət, heç düşünmək belə istəmirlər ki, erməni ordusunun Azərbaycan ərazisndə nə ölümü var?! Gəlməsin - ölməsin!…
Başqa bir məqama diqqət yetirək. Rusiyanın prezidenti bəyan edir ki, müharibə Azərbaycan ərazisində getdiyi üçün, ona üçüncü tərəfin müdaxiləsi yolverilməzdir, “Tuxlıy-zad” soyadlı hansısa yoluq bir deputat isə «böyürür» ki, Putinə qulaq asmayın, Rusiya Ermənistana desant çıxarmalıdır! Görünür, bu fikri səsləndirərkən, “Tuxlıy-zad” sadəcə sərxoş (pod qazom) olub. Yoxsa ki, Putinin sözünün üstündən söz deməyə cürət etməzdi…
Bir atalar məsəlində deyildiyi kimi, milçək özü bir şey deyil, amma ürək bulandırar - «İylənmiş künə» də eləcə…
Mirzə AĞ
AzPolitika.info
Bu xəbər üçün şərh yazın