TV-lərə inam ölür, yeni resurslar güclənir

TV-lərə inam ölür, yeni resurslar güclənir 

Son 10 ildə əsas informasiyanı televiziyalardan alan rusiyalıların sayı 94%-dən 72%-ə qədər azalıb.

Bu nəticə “Levada Çentr” şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Məlumata görə, bu dönəm ərzində televiziyalara etibar edənlərin sayı 79%-dən 54%-ə düşüb. Bununla belə, televiziyalar hələ də Rusiyada ən populyar informasiya mənbəsi statusunu qorumaqdadır.

Sorğuya əsasən, hazırda ruslar üçün ən baxımlı kanal “Rossiya 1” (48%) sayılır. Ondan sonrakı yerlərdə “Birinci kanal” (47%), NTV (36%), “Rossiya 24” (31%) və REN TV (17%) yer alıb.

Ruslar üçün ən nüfuzlu jurnalistlərin siyahısına isə Vladimir Solovyov, Andrey Malaxov və Andrey Norkin liderlik edir.

İnformasiya mənbəsi kimi ölkədə televiziyadan sonrakı yerdə sosial şəbəkələr (34%) və internet (32%) qərarlaşıb. Qəzet və radiolardan daha çox məlumat mənbəyi kimi istifadə edənlər əhalinin cəmi 12% və 15%-ni təşkil edib./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi